AZ

Azərbaycana yatırılan investisiyalar artacaq - ŞƏRH

"Financial Times" qrupunun "FDI Intelligence" nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb.

Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.

Məsələni Trend-ə şərh edən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkəmizin iqtisadi imkanları getdikcə artır.

"Bunun da bir neçə səbəbi var. Azərbaycana in­vestisiya qoyuluşuna marağın getdik­cə artması ölkəmizdəki sabitlikdir. Hökumət tərəfindən aparılan is­lahatlar nəticəsində ölkədə güclü iqti­sadi potensial formalaşıb. Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir", - o deyib.

Ekspert qeyd edib ki, artıq ölkəmiz Qarabağ problemini həll edib, həm də sülh danışıqları prosesində irəlilyişlər var.

"Bu baxımdan da ölkəmiz investorları özünə cəlb edir. İşğaldan azad edilmiş və digər ərazilərimizdə geniş iqtisadi imkanlar yaranmağa başlayıb. Bu da gələcəkdə baş verəcək logistika imkanlarının genişlənməsi, yük axınının artmasıdır. Digər tərəfdən ölkəmiz yeni strategiya və texnologiyalar tətbiq etməyə başlayıb. Bu da yaşıl enerjidir ki, dünyada iqtisadi trendlər istiqamətində inkişaf edir və ölkə olaraq proseslərin önündəyik. COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi xarici investisiya axınına müsbət təsir edir", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş 6,7 milyard birbaşa xarici investisiyada neft-qaz sektorunun xüsusi çəkisi 69,9 % olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu nisbət 2022-ci illə 71 % olub.

Ötən il birbaşa xarici investisiyalar əvvəlki ilə nisbətən 6,3 % artıb.

  • Azərbaycana
  • Azərbaycana
Seçilən
8
2
Mənbələr
Şərh ()
Bağla