AZ

Çoxuşaqlılıq yeni norma olmalıdır -Putin

Rusiya lideri Vladimir Putin doğum səviyyəsinin saxlanmasının və ailələr üçün layiqli həyat keyfiyyətinin təmin edilməsinin vacib olduğunu deyib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, bunu Ümumrusiya demoqrafik konfransın iştirakçılarına salamlamasında deyib: “Rusiya böyük ailələrdən ibarət böyük ailədir. Çoxuşaqlılıq yeni normadır”.

Dövlət başçısı demoqrafik vəziyyətin yaxşılaşdırılmasının, doğum səviyyəsinin və çoxuşaqlı ailələrin dəstəklənməsinin, o cümlədən ailələrin layiqli həyat səviyyəsinin təmin edilməsinin milli prioritetlərdən olduğunu vurğulayıb.

“Bunun üçün bütün səviyyələrdə hökumətin, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin birləşdirici potensialından istifadə etmək lazımdır”, - dövlət başçısının müraciətində deyilir.

Federasiya Şurasının sədri Valentina Matvienko bir qədər əvvəl qeyd edib ki, Rusiyada ikidən çox uşaq dünyaya gətirmək prestijə çevrilməlidir.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla