İsrail ordusunun Rəfah şəhərinə hücumu nəticəsində 3 mülki vətəndaşın həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı məlum olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə təşkil etdiyi hava hücumunda 3 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Şahidlərdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Rəfah şəhərinin şərqində əl-Cəmel ailəsinin evini hədəf alıb.
Hücum zamanı ev tamamilə dağılıb, 3 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Ayşən