AZ

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Bakı, 25 aprel, AZƏRTAC

Bu gün Bakıda Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları Assosiasiyalarının (TASL) birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, ali təhsil və tibb müəssisələrinin əməkdaşları, tanınmış elm xadimləri və Türkiyə, ABŞ, Böyük Britaniya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan, Myanma, Niderland, İspaniya, Rusiyadan olmaqla, ümumilikdə 31 ölkədən ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri iştirak edirlər.

Üç gün davam edəcək konqresdə yerli və dünyanın bir çox ölkəsindən aparıcı mütəxəssislər tərəfindən qastroenterologiya və cərrahiyyənin müxtəlif sahələrini əks etdirən və müasir problemləri əhatə edən mühazirələrin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur.

 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla