AZ

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Solçu

Stokholm, 25 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Çərşənbə axşamı Stokholmun cənubunda yerləşən “Moment” teatrının foyesində Solçu partiyası tərəfindən təşkil edilən antifaşist tədbir maskalı adamlar tərəfindən hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, hücum edənlər tüstü bombası atıblar, nəticədə, iki nəfər xəstəxanaya yerləşdirilib.

“Onlar içəri daxil olan kimi mən dərhal anladım ki, bunlar sağçı ekstremistlərdir”, - deyə yığıncaqda iştirak edənlərdən biri vurğulayır.

Digər şahidin sözlərinə görə, qırmızı tüstü foyeyə yayılıb, bir nəfər üzündən zərbə alıb, bəzilərinin üzünə sprey sıxılıb.

Baş nazir Ulf Kristersson hücumu pisləyib. “Solçu partiyasının görüşünün hücuma məruz qalması haqqında məlumat dəhşətlidir. Mən Nuşi Dadqostara (Solçu partiyasının lideri – red.) müraciət etdim və dəstəyimi bildirdim. Belə çirkin hərəkətlərə bizim azad və açıq cəmiyyətimizdə yer yoxdur”, — deyə Baş nazir vurğulayıb.

Hadisə yerinə polis, təcili yardım maşını və xilasetmə xidməti çağırılıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla