AZ

İran məhkəməsi tanınmış reperi edama məhkum etdi

İsfahan şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tanınmış etirazçı reper Tomac Salehi barədə edam hökmü çıxarıb.

Bu barədə reperin vəkili Əmir Rəisian Firuzabad məlumat yayıb.

Reper barədə edam hökmünün çıxarılması xəbəri iranlılar və insan haqları müdafiəçiləri, ictimai, siyasi və mədəni fəallar tərəfindən qəzəblə qarşılaşıb.

Xaricdə yaşayan iranlılar İrannın diplomatik nümayəndəlikləri qarşısında etiraz aksiyalarının keçirilməsinə çağırıblar.

Sənətçi ilə bağlı on minlərlə paylaşım edilib, bir neçə saat ərzində X sosial şəbəkəsində Tomaj Salehi həştəqi 387 000 dəfədən çox trend olub.

Bununla yanaşı ABŞ-in İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel, Almaniya parlamentinin üzvü Ye Van Ri, Almaniya parlamentinin üzvü Norbert Rötgen, Avstriya parlamentinin üzvü
Helmut Brandstätter və başqaları Tomac Salehinin edam hökmünü sərt tənqid ediblər.

Onlar İran hökumətinin əməlini dayandırmaq və sənətçinin həyatını xilas etmək üçün Tehran hakimiyyətinə təzyiq göstərməyi, beynəlxalq ictimaiyyəti buna səssiz qalmamağa çağırıblar.

Etirazların genişlənməsindən sonra İran mediası məhkəməyə istinadən Tomac Salehinin barəsində çıxarılan edam hökmünün ilkin xarakter daşıdığını və işinə yenidən baxılması üçün şikayət verə biləcəyini bildirib.

"Məhkumun məhkəmə ilə əməkdaşlığını, etiraf etməsini və sş məsələləri nəzərə alaraq onun işinə yenidən baxla, edam hökmü ömürlük həbslə dəyişdirilə bilər",- "Mehr" xəbər agentliyi yazıb.

Qeyd edək ki, müğənni, reper Tomac Salehi etirazçılara dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, “fitnəkarlıq, qanunsuz toplaşmaq, əlbir olmaq, sistemə qarşı təbliğat və xaosa çağırış”da ittiham edilib və İran məhkəməsi bu halları edam cəzasına əsas verən “yer üzündə fitnə-fəsad” nümunəsi kimi qiymətləndirib.

İran məhkəməsi onun barəsində edam hökmü çıxarsa da, işinə yenidən baxılıb, etirazçı reperin ölüm hökmü 6 il 3 ay həbs cəzası ilə dəyişdirilib.

Bir müddət sonra beynəlxalq ictimaiyyətin təzyiqini azaltmaq üçün girov qarşılığında məzuniyyətə buraxılan sənətçi yenidən həbsxanaya qaytarılıb və son olaraq aprelin 24-də barəsində edam qərarı verilib.

visiontv.az



Seçilən
25
Mənbələr
Şərh ()
Bağla