AZ

“Sağlam cəmiyyəti olmayan ölkənin varlığına da ehtiyac olmur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ölkəmizin iqtisadi gücü artdıqca bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də ardıcıl islahatlar həyata keçirilir və bu davamlıdır. Müstəqillik illərində Azərbaycanın uğur qazandığı ən vacib sahələrdən biri də səhiyyə sistemi olub. Çünki hələ Ulu Öndərimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdarkən ölkənin bütün sahələri üzrə konseptual inkişaf nəzəriyyəsini işləyib, hazırlamış və bunların içərisində səhiyyə xüsusi önəm daşımışdır. Çünki Ulu Öndərin siyasətinin əsas tərkib hissəsi sosial siyasət idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deputat bildirib ki, sosial siyasətin uğurlu davamının içərisində səhiyyə sistemin yeri ona görə vacibdir ki, əhalinin sağlamlığı ölkə üçün olduqca mühüm bir məsələdir: “Sağlam cəmiyyəti olmayan ölkənin varlığına da ehtiyac olmur. Bu səbəbdən də hələ Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin ilk zamanlarında əhalinin sağlamlığının qorunması haqqında qanun layihəsi hazırladı.

Tibbi xidmətin əlçatanlığının təmin olunması və vətəndaşların sağlamlığına geniş imkanlar yaradan bütün lazımi addımlar atılıb. 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və pilot layihələr Yevlaxda həyata keçirilmişdir. 2021-ci ildən etibarən isə bu bütün ölkə tətbiq olunmağa başlandı. 2016-cı ildə İTSDA-nın Xidmətlər Zərfi çərçivəsində cəmi 1829 tibbi xidmət göstərildisə, artıq bu rəqəm 3315-ə çatıb. Azərbaycan əhalisinin təxminən 50 faizindən artığı tibbi xidmətlərdən yararlanıb. İTSDA və TƏBİB-in bu gün islahatlar çərçivəsində fəaliyyəti, əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərilməsi sahəsində işlər yenə də davam edir.

Səhiyyə sahəsində ilkin tibbi xidmətin əlçatanlığı üçün layihələrə start verilib. Bu ən ucqar ərazilərimizdə belə əhalinin tibbi xidmətə əlaçatanlığının təmin edilməsi üçün yeni üsulların işlənib, hazırlanmasını qarşıya məqsəd qoyub. Bu gün ölkə başçısı əhalinin sağlamlığının qorunmasını vacib hesab edərək, səhiyyə sahəsində islahatların davamlı olması üçün lazımi şərait yaradılıb. Bu gün Azərbaycan səhiyyəsinin qarşısında duran əsas məsələ əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını daha çevik təmin etməkdir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla