AZ

“İnsanlardan ancaq üzr istəyə bilərəm” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 29-cu turunun matçında “Everton”a məğlubiyyəti (0:2) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı məğlubiyyətdən olduqca məyus olduğunu bildirib6

“Everton”un istədiyi oyunun baş tutmasına icazə verdik. Çox epizod yaratdıq və qol vurmadıq. Bu, içində olduğumuz ən yaxşı an deyil, amma oynamalıyıq, mübarizə aparmalıyıq. Vəziyyəti dəyişmək şanslarımız oldu, lakin onlardan yararlana bilmədik.

Çempionluq şanslarımız? Bilmirəm. Bu gün üçün insanlardan ancaq üzr istəyə bilərəm. Daha yaxşısını etməliydik, amma etmədik və buna görə də uduzduq”

74 xalla “Liverpul” Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir. 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla