AZ

Azərbaycan Macarıstan şirkətlərini nəqliyyat sahəsində əməkdaşlığa dəvət edib

Macarıstanın “Wizz Air" şirkətinin Azərbaycana uçuşlarının artırılması üçün imkanlar var.

"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla Macarıstan arasında həftədə 3 dəfə uçuşlar həyata keçirir.

Nazir müavini bildirib ki, Azərbaycan son 20 ildə nəqliyyat infrastrukturuna əsaslı investisiyalar yatırıb: "Macarıstan şirkətlərini nəqliyyat sahəsində əməkdaşlığa çağırırıq".

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla