AZ

Klopp azarkeşlərdən üzr istədi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 29-cu turunun təxirə salınmış matçında "Everton"a məğlubiyyəti (0:2) şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis azarkeşlərdən üzr istəyib.

"Biz bu gün yaxşı oynamalı idik. Çempionluq şanslarımız "Mançester Siti" və "Arsenal"dan asılıdır. Onlar qarşıdakı oyunlarda məğlub olmalıdırlar. İndiki halda yalnız azarkeşlərdən üzr istəyə bilərəm".

Komanda hazırda lider "Arsenal"dan 3 xal geri qalaraq 74 xalla 2-cidir.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla