Bu sözləri Metbuat.az-a açıqlamasında aktrisa, Xalq artisti Həmidə Ömərova deyib. Ad gününü Tovuzda qeyd edən aktrisa incəsənət adamlarına da arzularını diləyib:"Göyün üzü aydın olsun, əminamanlıqla yaşayaq, qələbə sevinci yaşayaq. Hər bir ailəyə ruzi-bərəkət arzulayıram. Bütün həmkarlarıma, bütün aktyor dostlarıma, sənət adamlarına yaradıcılıq uğurları arzulayıram, bunun üçün də can sağlığı diləyirəm onlara. Həmçinin sizin oxucularınıza da əminamanlıq, bol ruzi arzu edirəm".
Qeyd edək ki, bu gün Həmidə Ömərovanın 67 yaşı tamam olur. O, 1957-ci ildə Bakıda doğulub.