Macarıstanın MOL şirkəti Azərbaycana 2 milyard dollar inverstisiya qoyub. Bunu MOL Azərbaycan şirkətinin icraçı direktoru Atilla Somfai deyib.
O bildirib ki, bu şirkət Azərbaycanla Macarıstan arasında olan ən böyük şirkətdir.
"Biz Azərbaycanda özümüzü uzunmüddətli perspektivldə görürük. Əsas da energetika sahəsində. Azər-Günəşli sahəsində dünya səviyyəsində tövhə vermək istəyirik. Hədəflərimiz Azərbaycanla biznesi genişləndirməkdir. Buna görə SOCAR-la birlikdə imkanları araşdırırıq. Bizim kimya rezin, litium sahəsində əməkdaşlığımız genişdir" , - o aprelin 25-də Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

MOL Group Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və istehlakçı pərakəndə satış şirkətidir.
Aygün Mirakif
www.anews.az