AZ

“Şərq-Qərb” ASC dünya nəşriyyatları ilə əməkdaşlığı davam etdirir – FOTO

“Şərq-Qərb” ASC-nin dünya nəşriyyatları ilə əməkdaşlığı davam edir.

KONKRET.az xəbər verir ki, Çinin nüfuzlu “Xarici dillərdə ədəbiyyat nəşriyyatı” ilə qurulan əməkdaşlıq çərçivəsində Si Cinpinin “Dövlət idarəçiliyi haqqında” kitabının I cildi artıq çap edilib və hazırda ikinci cild üzərində işlər gedir.

Bu günlərdə kitabın nəşri ilə bağlı proseslə tanış olmaq üçün “Xarici dillərdə ədəbiyyat nəşriyyatı”nın beynəlxalq əlaqələr üzrə nümayəndəsi Tan Şu “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentində olub. O, tərcümə kitabının hazırlanma prosesindən başqa, son texnologiyalardan istifadə edilməklə, ilk dəfə məhz “Şərq-Qərb” ASC-də QR kod-la nəşr edilən dərsliklərlə tanış olmuş, poliqrafiya və nəşr işinin Azərbaycanda bu qədər yüksək səviyyədə olması ilə bağlı məmnunluğunu bildirmişdir.

Tan Şu vətənə qayıtdıqdan sonra nəşriyyatda gördükləri və Bakıdan aldığı təəssüratlarla bağlı Çin mətbuatında çıxış etmişdir.

Natiq SƏLİM,

KONKRET.az

 

 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla