AZ

Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub -Səidə Şəfiyeva

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə dövlət orqan və ictimai sektor qurumlarının media subyektləri ilə birgə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eyni zamanda, yeni media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə silsilə təlimlər həyata keçirilir. Bu silsilə təlimlər çərçivəsində növbəti təlim “Böhran kommunikasiyası” mövzusundadır.

“İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva “Böhran kommunikasiyası” təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, böhran baş verdikdə onun səmərəli idarə olunması, eyni zamanda, kommunikasiyası üçün strategiya və davranış alqoritmlərinin öncədən müəyyənləşdirilməsi bu vəziyyətdə dövlət qurumlarının daha çevik və hazırlıqlı olmalarını təmin edə bilər.

“Böhran vəziyyətləri zamanı dövlət qurumları tərəfindən kommunikasiyanın əlaqələndirilmiş və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ikigünlük təlimlərə xarici ekspertlər cəlb olunub. “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən biridir”, - deyə S.Şəfiyeva qeyd edib.

Seçilən
9
2
Mənbələr
Şərh ()
Bağla