AZ

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Argentina

Bakı, 25 aprel, AZƏRTAC

Argentina hökuməti ali təhsilin davamlı maliyyələşdirilməsi tələbi ilə keçirilən kütləvi yürüşlərdən sonra dövlət universitetlərini bağlamayacağına söz verib, lakin onlara maliyyə vəsaitləri ödənilməyəcək.

AZƏRTAC xəbər verir ki, prezidentin mətbuat katibi Manuel Adorni paytaxt Buenos-Ayresdəki hökumət qərargahında keçirdiyi mətbuat konfransında dövlət universitetlərinin bağlanmasının gündəmdə olmadığını bildirib. Bununla belə, həmin təhsil müəssisələrində xərclərin yoxlanılması planlaşdırılır.

Xatırladaq ki, Argentinada müəllimlər, direktorlar, dekanlar, qeyri-müəllim heyəti, həmkarlar ittifaqları və müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələrinin müşayiəti ilə minlərlə tələbə aprelin 23-də Buenos-Ayresin və digər böyük şəhərlərin küçələrinə çıxaraq öz etirazlarını bildirib.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla