AZ

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək

 Azərbaycan iyunun 1-dən 5-dək Bişkekdə keçiriləcək “VFTM-Qırğızıstan – 2024” Vaxtanqov Teatr Menecerləri Festivalının 1-ci beynəlxalq sessiyasında təmsil olunacaq.
 
Bişkekdə keçiriləcək tədbirə postsovet ölkələrinin aparıcı menecerləri və mədəniyyət müəssisələrinin rəhbərləri gələcək. Onlar marketinq və idarəetmə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparacaq, yaradıcılıq və beynəlxalq əməkdaşlığı müzakirə edəcək, turlar və festivallar təşkil edəcəklər.
 
Beynəlxalq sessiyada Azərbaycanı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov təmsil edəcək və “MDB ölkələrinin teatr idarəçiliyi” mövzusu çərçivəsində çıxış edəcək.
 
Tədbir zamanı teatr sənayesinin ən yaxşı mütəxəssisləri öz peşəkar biliklərini bir-biri ilə bölüşməklə yanaşı, həm də uzunmüddətli möhkəm dostluq və tərəfdaşlıq əlaqələri qura biləcəklər.
 
Forum zamanı praktiki laboratoriyalar keçiriləcək, bütün iştirakçılar beynəlxalq sessiyanın son günündə öz layihələrini təqdim edə və teatr sənayesinin tanınmış liderlərindən rəy ala biləcəklər.
 
Beynəlxalq sessiyada şəxsən iştirak edə bilməyənlər üçün onlayn yayımlar təşkil olunacaq.
 
“VFTM - Qırğızıstan – 2024” iştirakçısı olmaq üçün aprelin 30-dək //vftmfest.ru/kyrgyzstan saytında qeydiyyatdan keçməlisiniz.
Qeyd edək ki, Vaxtanqov Teatr Menecerləri Festivalı (VFTM) Rusiyada 2019-cu ildən keçirilir.
Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla