AZ

Ulduzu sönən futbolçunun parlaq gözəli

Pietro Pelleqrini - bu ad İtaliya futbolunu yaxından izləyənlər üçün müəyyən qədər tanışdır. Onun cəmi 23 yaşı var. Lakin karyerası artıq qüruba doğru gedir.

Bir vaxtlar böyük gələcək vəd edən İtaliya gənclər komandasının hücumçusu "Torino"da yox olmaq üzrədir. Pietro bu mövsüm 28 dəqiqə oynayıb.

Lakin onun həyat yoldaşı Karolina Stramara gözəlliyi İtaliya mətbuatının gündəmindən düşmür. İdman aparıcısı kimi tanınan gözəl Pietronun əsas uğuru hesab edilir. O, mediada Meqan Foksla müqayisəsi edilir. Ancaq bu, italyan gözəlin heç də xoşuna gəlmir.

25 yaşlı xanım son günlər yenidən ulduzlaşıb. keçmiş "Miss İtaliya" alt paltarı markasının reklamında iştirak edib. Onun bununla bağlı çəkilən fotosesiyası izləyicilərinin böyük marağına səbəb olub. Fanatları italyan gözəlin ünvanına sosial şəbəkələrdə xoş sözlər yazıblar.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla