AZ

Qərb Paşinyan hökumətinə niyə “şapalaq” vurdu? – “Past”

“Qərb Paşinyan hökumətinə niyə “şapalaq” vurdu?”.

İnterpress.az xəbər verir ki, bu başlıq altında “The Past” qəzeti yazı dərc edib.

Bildirilir ki, Nikol Paşinyan və hökuməti Freedom House-un 2023-cü ildə Ermənistanda demokratik idarəetmə reytinqinin 2,50-dən 2,25-ə düşdüyünə dair hesabatını hələ həzm etməyib.

Üstəlik, Qərbdən növbəti “şapalaq” gələndə eyni hüquq müdafiə təşkilatı Ermənistanda polis zorakılığı ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

“ABŞ Dövlət Departamenti insan haqları ilə bağlı illik hesabatını açıqlayıb. Və Ermənistan hökuməti tərəfindən işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, habelə davam edən əsassız həbslər və saxlanmalar barədə etibarlı hesabatlar aldığını vurğulayıb.

Bir neçə variant ola bilər. Niyə Qərb onun üzünə sillə vurdu və birdən-birə bir az da həqiqətlə üz-üzə gəlməyə qərar verdi. Məsələn, bu, Nikol Paşinyana xəbərdarlıq ola bilər, ya da ola bilsin ki, Qərb də Nikol Paşinyandan əlini üzüb”, – nəşr qeyd edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla