AZ

Ştaynmayer CHP sədri ilə də görüşdü

Türkiyədə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ilə görüş keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş Almaniyanın Ankaradakı Səfirliyində baş tutub. 

Mətbuata qapalı keçirilən iclas təqribən 55 dəqiqə davam edib. Görüşlə bağlı detallar açıqlanmayıb.

Xatırladaq ki, Ştaynmayer Türkiyəyə səfəri çərçivəsində İstanbul, Qaziantep və Ankarada olub. O, Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla