AZ

Taxikardiya qan laxtalanmasına səbəb ola bilər

Kardioloq Diana Çexoyeva şəxsi Telegram kanalında xəbərdarlıq edib ki, taxikardiya adlanan istirahətdə ürək döyüntüsünün artması ölümcül qan laxtalarının əmələ gəlməsinə səbəb ola bilər.

Aztibb.az “Echonedeli” portalına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, idman zamanı və ya emosional stress nəticəsində yaranan ürək döyüntülərinin artması normal hesab olunur. Ancaq digər hallarda sürətli nəbz ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər: ürək ritminin pozulması, ürək çatışmazlığı, anemiya, tiroid xəstəliyi.

"Ürəkdə sürətli döyüntü, xüsusən də ürək ritmi anormal olduqda, ürəkdə qan laxtalarının əmələ gəlməsinin səbəblərindən biri ola bilər", - deyə kardioloq bildirib.

Qeyd edilir ki, qan laxtalanması insanlar üçün ölümcül təhlükə yaradır, çünki onlar ayrıldıqdan sonra qan dövranına daxil ola bilir və bununla da insult riskini dəfələrlə artırır. Qan laxtalarının əmələ gəlməməsi üçün nəbz daim yüksək olarsa, qan durulaşdıran dərmanlar təyin etmək üçün həkimə müraciət etməlisiniz.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla