AZ

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

“Best Brands Group MA” MMC nizamnamə kapitalını azaldır.

FED.az xəbər verir ki, “Best Brands Group MA” MMC təsisçilərin ümumi yığıncağının qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 120 080 manat həcmində müəyyən edilir.

Şirkətin nizamnamə kapitalı buna qədər 3 920 080 manat təşkil edirdi ki, bu da  3 800 000 manat və ya 32,6 dəfə azalma edməkdir.

Məlumat üçün bildirək ki, “Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunub. BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir.
 2020-ci il üzrə Azərbaycan ərazisində LC Waikiki brendinin 22 mağazası, Penti brendinin 14 mağazası mövcuddur.
 Best Brands Group MA şirkətində hal-hazırda 500 -dən çox əməkdaş fəaliyyət göstərir və inkişafı dövründə Bakı, Sumqayıt, Xırdalan, Hökməli, Gəncə, Quba, Lənkəran və Göyçay şəhərlərini əhatə edir.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla