AZ

“Bizi ancaq İcraiyyə Komitəsi xilas edə bilər” – “Qəbələ”nin qapıçısı

“Bu oyunu şərh eləmək çətindir. Son ümidimiz kubok idi, o da əlimizdən getdi”

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə” məğlubiyyəti (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Çox pis mövsüm keçirdik. Heyətə baxanda hər bir futbolçu təklikdə yaxşıdır, seçilən oyunçulardır. Amma nəsə çatmadı. Mövsüm ərzində problemin nə olduğunu bilmədik. Məşqçi dəyişdi, taktika dəyişdi yenə də alınmadı. Uğursuzluqdan heç cür çıxa bilmədik. Səbəbini bilmirəm. Danışmaq çətindir. Sona 5-6 tur qalıb. Axırını gözləyəcəyik. Bundan sonra bizi ancaq İcraiyyə Komitəsinin qərarı xilas edə bilər”.

Təcrübəli qolkiper “qırmızı-qaralar”dakı gələcəyindən də söz açıb. O, “Qəbələ” I Liqaya düşsə, komandada qalıb-qalmayacağı barədə suala belə cavab verib:

“Klubla yayda müqaviləm başa çatır. Qarşıda bizi nə gözləyir bilmirəm. Yəqin ki, maraqlanan klublar olacaq. Amma Premyer Liqadan təklifim olsa, niyə I Liqada oynamalıyam? Hər şeyə mövsüm sonu aydınlıq gələcək”.

Həsən Quluzadə

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla