AZ

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

Aprelin 30-da, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da "Tütək səsi" bədii filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində yaşayan insanların qayğılarından, məhəbbətindən bəhs edir.

Ekran əsərinin rejissoru Rasim Ocaqov, ssenari müəllifi İsa Hüseynov, operatoru Teyyub Axundov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarıp isə Aqşin Əlizadədir.

Filmdə əsas rolları Akif Əli, Mixail Volontir, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Liya Eliava, Səfurə İbrahimova vəXalidə Quliyeva canlandırır.

Giriş sərbəstdir.

Ünvan: Əbdülkərim Əlizadə küç. 1

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla