AZ

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Şimali

Bakı, 25 aprel, AZƏRTAC

Şimali Makedoniyada keçirilən prezident seçkilərinin birinci turunda səslərin 99,03 faizinin hesablanmasından sonra ölkənin ən böyük müxalifət partiyası olan Milli Birlik Uğrunda Demokratik Partiyasının namizədi Qordana Silyanovska-Davkova liderlik edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Makedoniya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, Qordana Silyanovska-Davkova seçicilərin 40,08 faizinin səsini toplayır. İkinci yerdə Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı prezidentiStevo Pendarovski (19,93 faiz), üçüncü yerdə isə xarici işlər naziri, alban azlığının nümayəndəsi Buyar Osmani (13,36 faiz) qərarlaşıb.

Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün mayın 8-də seçkilərinin ikinci turu keçiriləcək. Bu turda mübarizə Qordana Silyanovska-Davkova və Stevo Pendarovski arasında gedəcək.

Qeyd edək ki, Şimali Makedoniyada prezident seçkilərinin birinci turu aprelin 24-də baş tutub. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, səsvermədə seçicilərin 48,38 faizi iştirak edib.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla