AZ

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

Rektor:

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyi mühüm əhəmiyyət kəsb edir və belə tədbirin ölkəmizdə keçirilməsi çox vacibdir. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycana növbəti dəfə böyük etimad və

böyük hörmət göstərilib. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bütün bunlar aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov aprelin 25-də keçirilən vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı bildirib.

Rektor Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir: “Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüş yaranıb. Azərbaycanda qazanılan uğurlar dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir”.

U.Ələkbərov Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla