AZ

Yen dollar qarşısında 34 ilin ən aşağı səviyyəsinə çatıb

Mərkəzi Bankın iclası başlayan kimi Yaponiya yeni 34 ilin ən aşağı səviyyəsini sınayıb.

Fins.az xəbər verir ki, Yapon yeni dollara nisbətdə 155-i keçərək 34 ilin ən aşağı səviyyəsinə düşüb.

Valyuta sonuncu dəfə möhkəmlənən dollar qarşısında 155,37 səviyyəsində alınıb.

Yapon rəsmiləri etiraf ediblər ki, yen demək olar ki, bir aydır zəifləyib. Lakin investorlar yenin ucuzlaşmasının dayandırılması üçün daha aydın addımlar gözləyirlər.

Cümə günü Yaponiya Bankının pul siyasəti qərarı, yen zəifliyinə və inflyasiya proqnozlarına qarşı hər hansı bir hərəkət üçün yaxından izləniləcək.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla