AZ

Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub

Bakı. Trend:

Moskva məhkəməsi müdafiə nazirinin müavini Timur İvanov və onunqohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarınaqarşı müvəqqəti tədbirlər görüb.

Trend bu barədə rusKİV-lərinə istinadən xəbər verir.

"Timur İvanova və həyat yoldaşına, habelə keçmiş arvadına vəövladlığa götürülmüş 5 uşağına qeydiyyatda olan hər şey, onunsonradan təqsirli bilindiyi təqdirdə, bütün bu əmlaka paytaxtməhkəməsi tərəfindən müvəqqəti tədbirlər görülməsi üçün artıq həbsqoyulub", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov iyunayınadək həbs olunub. İş yerində saxlanılan nazir müavini xüsusəniri həcmdə rüşvət götürməkdə ittiham olunur.

Xatırladaq ki, Timur İvanov 2016-cı ilin may ayında Rusiyamüdafiə nazirinin müavini təyin olunub. O, Müdafiə Nazirliyindəidarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib.Bundan başqa, İvanov Rusiya Silahlı Qüvvələrinin əmlakının idarəolunması, qoşunlarının yerləşdirilməsi, eləcə də mənzil-məişət vətibbi təminatının təşkilinə cavabdeh olub.

Həbs olunan nazir müavininin ilkin istintaq müddəti ərzindəLefortovo istintaq təcridxanasında saxlanacağı bildirilib.

Məqalədə:
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla