AZ

Samuxda akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan konfrans keçirilib

Samux Rayon İcra Hakimiyyəti (RİH), Samux Rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
 
Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, Samux Rayon Yeni Azərbaycan Partiyasının sədri Gündüz Bayramov, şəhid ailələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
 
Bu məlumat Aztibb.az-a Samux RMX-dan verilib.
 
Bildirilib ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
 
Samux RİH-nin başçısı Firdovsi Əliyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur: "Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib".
 
Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli isə çıxışında Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.
 
Tədbirin sonunda Samux rayon səhiyyəsində fərqlənən həkimlərə Fəxri fərmanlar təqdim edilib.
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla