AZ

Dövlət Xidməti bir gündə AQTA-nın 3 tenderini ləğv etdi


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi  İnstitutu (AQTİ) tərəfindən keçirilən 3 tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı əsasında ləğv olunub.
Bildirilir ki, Qida Təhlükəsizliyi  İnstitutunun “Laborator avadanlıqların satın alınması”, “Dəftərxana və təsərrüfat mallarının satın alınması” və “AQTİ-də və sturuktur bölmələrində olan “şəbəkə, server, kompüter avadanlıqları və proqram təminatları üçün lisenziyaların satın alınması” məqəsdi ilə keçirdiyi tender müsabiqələri ləğv olunub.
Məlumat üçün bildirək ki, tender müsabiqələrinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət Satınalmaları Haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

Elnur Əli
Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla