AZ

Anna Hakopyan üçün sürpriz – “NİKOL TÜRKDÜR”

Dünən soyqırım abidəsini ziyarətə gedən Nikol Paşinyanın xanımı və qızı sürprizlə qarşılaşıb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, mühafizəçilərin əhatəsində olan Anna Hakopyan və qızını görən kütlə bunu birmənalı qarşılamayıb. Kütlə arasından “Nikol türkdür” deyə qısqıranlar olub.    

Mühafizəçilər Anna Hakopyana oradan tez getməyi təklif etsələr də o bununla razılaşmayıb və hamı kimi növbədə dayanıb və qızını sakitləşdirməyə çalışıb.

Sonra o polis və mühafizəçilərin köməyi ilə abidəyə gül dəstəsini qoyub oradan uzaqlaşıb. Jurnalistlərin ona yaxınlaşmaq istəyinə polis mane olub.

Herbiand.az



Seçilən
19
Mənbələr
Şərh ()
Bağla