AZ

Dioqo Dalo: “Ronaldonu tanıdığım ilk anı heç vaxt unutmayacağam”

“Mançester Yunayted”in və Portuqaliya yığmasının sağ cinah müdafiəçisi Dioqo Dalo portuqal ulduz hücumçu Kristiano Ronaldo haqda danışıb.

Arena.az “Cronache di Spogliatoio” dərgisinə istinadən, Dalonun Ronaldo haqda xatirəsini təqdim edir:

“Onu tanıdığım ilk anı heç vaxt unutmayacağam. Ronaldonun inanılmaz gücü. O, həm işdə, həm də həyatda – məsələn, bədəndə, zəkada və ailədə təkmilləşməyə meyllidir”, deyə Dioqo Dalo bildirib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 36 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 29 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla