AZ

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsilmüəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (IIcəhd) 19716 bakalavr iştirak edəcək.

Bu barədə Trend-ə mərkəzdənməlumat verilib.

Qeyd olunub ki, imtahan respublikanın 7 şəhər və rayonunda -Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda,ümumilikdə 78 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılışrejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrədinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətnininsəsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıqvə binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanınbaşlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığıandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçünayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisitәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse)vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxtverilir.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tiplitapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə essetapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahaniştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekunbal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnıztapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbulolunacaq.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavabkartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə dəoptik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tündgöy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud sadәkarandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuşdairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tamqaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuşcavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kiminəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualdaiki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyəolunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeydedin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etməkimkanının olması üçün dairələri karandaşla qaralayın.

Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz.İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinəbaxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbuledilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri,elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab,dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çantavə digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardanimtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütünbunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtındabaşa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsiləmartın 28‑dən aprelin 8-dək aparılıb. İmtahanda iştirak etmək üçün19716 bakalavr ərizə təqdim edib. Onlardan 18420 nəfər Azərbaycanbölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək.Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərinməzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6,Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq.Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358,Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahanverəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər,218 imtahan rəhbəri, 1799 nəzarətçi-müəllim, 264 buraxılış rejimiəməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) bakalavrlar da iştirakedəcək. Bu bakalavrların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlarimtahanda iştirak etmək üçün aprelin 22-dən etibarən DİM-ininternet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı vəparolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digərməlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədlərimütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxudhəmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahanrəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahatimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə apreln 27-də imtahan mərkəzləri, zallar,giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Seçilən
2
49
Mənbələr
Şərh ()
Bağla