AZ

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın

Bakı, 25 aprel, AZƏRTAC

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatına start veriləcək.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeddi idmançısı tatamiyə çıxacaq.

Kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) Marton Andrasi (Macarıstan) / Angelo Pantano (İtaliya) görüşünün qalibi, Turan Bayramov (60 kiloqram) Vaçe Adamyan (Avstriya), Yaşar Nəcəfov (66 kiloqram) Lukas Saha (Finlandiya) / Muhammed Demirel (Türkiyə) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qadınlardan isə Leyla Əliyeva (48 kiloqram) Tuğçe Bederi (Türkiyə), Gültac Məmmədəliyeva (52 kiloqram) Sofiya Asvesta (Kipr) / Qabriela Dimitrova (Bolqarıstan) cütünün qalibini, Aydan Vəliyeva (52 kiloqram) Qefen Primonu (İsrail), Açelya Toprak (57 kiloqram) Karla Tavares Fernandesi (Lüksemburq) sınağa çəkəcək.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla