AZ

U-17 millimiz Özbəkistana qarşı

U-17 millimiz bu gün Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin komandası “ABFF Technical Center”də Özbəkistan millisi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində ilk oyununda Belarusa 0:4 hesabı ilə uduzub. Özbəkistan kollektivi isə Tacikistana 2:1 hesabı ilə qalib gəlib. Millimiz turnir çərçivəsində 3-cü oyununu Tacikistanaqarşı keçirəcək.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla