AZ

Bakı bulvarının skuter dərdi sağalmaq bilmir - VİDEO

Bakı bulvarının skuter dərdi sağalmaq bilmir. İstirahət edən insanlar hey şikayətlənir, skuter həvəskarları isə bu nəqliyyatın istifadəsindən əl çəkmir ki, çəkmir.

Bizim.Media xəbər verir ki, mövzunu "Sputnik Azərbaycan" nəşri araşdırıb.

Bəlli olub ki, insanlar ən çox naşı "sürücülərdən" ehtiyatlanır. Onlar  ələlxüsus azyaşlılara təhlükə yaradır.

Sakinlər cərimələrin tərəfdarıdır, lakin zolaqlardan kənar hərəkət edənlərə qarşı cərimə tətbiq olunmur. 

"Onlarla maarifləndirici söhbətlər aparılır. Bulvar mühafizəçiləri skuter sürənlərə nəzarət edir", - deyə Dənizkənarı park idarəsindən bildirilib. 

Ötən ilin yayından bulvarda skuterlərin istifadəsinə məhdudiyyətlər qoyulub.
Belə ki, Bulvarda insanların sıx olduğu dənizkənarı hissədə skuter sürməyə icazə verilmir. Skuterin maksimal sürəti 17 km/s ola bilər.
 

Bizim.Media
 
Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla