AZ

Erməni metamorfozu

Azərbaycan-Ermənistan münaqişəsində tam yeni mərhələ başlayıb deyə bilərik. Bunu əsaslandırmaq üçün bir neçə mühüm əlamətlər var:

BİRİNCİSİ – Azərbaycan Prezidenti İlham Əliyev birmənalı bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilı bağlı aparılan danışıqlarda artıq Dağlıq Qarabağ müzakirə və mübahisə predmeti deyil və ermənistan artıq bununla razılaşıb.

İKİNCİSİ – Ermənistan Qazağın işğal altında olan kəndlərini qeyd-şərtsiz Azərbaycana təhvil verir.

ÜÇÜNCÜSÜ – Azərbaycan-Ermənistan sərhədində minalar çıxardılır və onun yerinə sərhəd dirəyi basdırılır və dirəyin fotosu Ermənistanın baş naziri tərəfindən uğurlu addım kimi dəyərləndirilərək sosial şəbəkə hesabında paylaşılır.

Sözsüz ki, bu əlamətlərin sayını artırmaq da olar. Amma bu üç əlamət yeni mərhələnin başlandığını aydın şəkildə ehtiva edir.

Sonuncu əlamət, Nikol Paşinyan tərəfindən sərhəd dirəyinin fotosunun paylaşılması xüsusi qeyd edilməlidir. Çüki cəmi bir neçə il əvvəl Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyirdi.

Bu gün isə Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bu nədir?

Metamarfoz?

Bəlkə başqa səbəb var?

Nikol Paşinyan Şuşada dediyi “Qarabağ Azərbaycandır” deməsi və bu gün yaşananlar paradoksaldır. Amma reallıqdır.

Nikol Paşinyan həm də o siyasətçidir ki, müharibəni uduzduqdan sonra erməni xalqı onu hakimiyyətdən qovmadı. Əksinə ona səs verdi. Əslində bu erməni cəmiyyətinin Paşinyana yox, yaranmış reallığa səs veməsi idi.

2020-ci ilə qədər erəni cəmiyyətində belə bir sual var idi: Biz müharibəni udmuşuq, amma həyatımız bununla yaxşılaşıbmı?

Hətta bu sualdan doğan bir lətifədə yaranmışdı erməni cəmiyyətində.

LƏTİFƏ

Qış aylarında cəbhə xəttində üz-üzə dayanan mövqelərdən birində dayanan erməni əsgəri qarşı səngərə tərəf qışqırır:

-Mamed, ay Mamed...
-Nədi, Vazgen? Niyə qışqırırsan?
-Mamed, saat neçədi?
-Saatın yoxdu, bax də.
-Ara, yoxdu da. Olsa səndən niyə soruşuram ki? Soyuqdu. Deyirəm görüm növbənin qurtarmasına nə qədər qalıb?
-Vazgen, Qarabağı almışınız, amma posta bir saat alıb qoya bilmirsiniz...

Bu lətifəni mənə bir erməni həmkarım danışmışdı və acı-acı bu qələbənin sadə ermənilərə heç nə vermədiyini bildirmişdi. Amma bu lətifəni danışan erməni həmkarım da düşünürdü ki, arıtq məsələ həll olub və o da inanırdı ki, “Qarabağ Ermənistandır”.

Bəli. Bütünlükdə erməni cəmiyyəti əmin idi ki, məsələ həll olub. Qarabağ Ermənistandır. Baş nazir Nikol Paşinyan da məhz erməni cəmiyyətinin inandığını deyirdi.

Amma yanılırdı. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə ermənilərin Qarabağı əldə etməyin onlar üçün heç bir müsbət divident verməməsi idi. Sadə erməni də azad, korrupsiyasız, təhlükəsiz yaşamaq istəyirdi.

Baş verən metamorfozun əsasını da məhz bu təşkil edirdi. Bu gün sadə erməni azad, korrupsiyasız, təhlükəsiz yaşamaq istəyir. Yüz illərlə beyinlərə yeridilən nağıllarla artıq kütləni yönəltmək olmur.  

Aəf Quliyev

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla