AZ

Musa Qurbanlı: “Onda həmin təklifləri nəzərdən keçirərik”

“Yurqorden”ə gəldiyim ilk gündən işimə məsuliyyətlə yanaşmışam və çox çalışmışam. Heç vaxt kiminlə isə problemim olmayıb”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı deyib.

22 yaşlı hücumçu İsveç mətbuatına açıqlamasında klubdakı durumundan danışıb: “Komanda yoldaşlarım və klubdakıların çoxu ilə fantastik münasibətlərim var. “Yurqorden”ə hörmətim çox böyükdür. Bu, yaxşı tarixə və mədəniyyətə malik böyük klubdur. Azarkeşlər də fantastikdirlər”.

Qurbanlı klubdan ayrılmaq ehtimalına da toxunub: “Klub rəhbərliyinin qərarlarına həmişə hörmətlə yanaşmışam və belə də olacaq. İstənilən vəziyyətdə məsuliyyəti öz üzərimə götürəcəm. Karyeramda ilk dəfə ölkə xaricində legioner həyatı yaşayıram. Burada az oyun praktikası qazanmağıma gəlincə, futbolda belə hallar olduğunu bilirəm. Bəzən məşqçilər sənin yaxşı oynaya bilmədiyin barədə qərar verirlər. Amma hər şey normaldır. Mən bu qərarlara hörmətlə yanaşıram. Görək qarşıda hansı variantlar olacaq. Onda həmin təklifləri nəzərdən keçirərik”.

Qeyd edək ki, Musa cari mövsüm İsveç çempionatında cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub.

İdman.biz

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla