AZ

Ölkədə may ayının 1-dən bu qadağa qüvvəyə minir

Bakı. Trend:

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2024-cü iltarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovunamoratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bunu Trend-əBioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevabildirib.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqişəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağanolunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

“Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütüntəbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasınımay ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin suhövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həminşəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiqolunacaq.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına,o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiqolaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi vəAzərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuşqaydada məsuliyyət daşıyırlar”.

A.Babayevanın sözlərinə görə, qanunsuz balıq ovunun qarşısınınalınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin DövlətEkoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin QorunmasıXidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polisİdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrindəmütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovuilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlərgörülür.

Xidmət rəsmisi vətəndaşları ETSN tərəfindən start verilən "Təmizhövzələr” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rastgəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Nazirliyə məlumatverməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağaçağırıb.

Seçilən
19
49
Mənbələr
Şərh ()
Bağla