AZ

Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi

Dəmir tərkibli qidalar lazımi miqdarda qəbul olunmadığı zaman orqanizmdə dəmir çatışmazlığı meydana gəlir. Bu da dəmir çatışmazlığı ilə əlaqədar anemiya kimi narahatlıqlara səbəb olur.
 
Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin uzman tetapevti Çinarə Səfərova məlumat verib.
 
Həkimin sözlərinə görə, heyvan mənşəli qidalardakı dəmir orqanizm tərəfindən bitki mənşəli qidalardakı dəmirdən daha yaxşı mənimsənilir. 100 qr qırmızı ət 2,7 mq dəmir miqdarı ilə gündəlik dəmir qəbulunun təxminən 15 faizini qarşılayır.
 
Çinarə Səfərova bildirib ki, anemiyaya qarşı mübarizə zamanı həzm sistemini normallaşdırmaq, kifayət qədər dəmir tərkibli qidalar qəbul etmək, bol meyvə-tərəvəz yemək lazımdır. Mütləq çatışmamazlıq zamanı isə dərman pereparatlarının qəbulu vacibdir. Xüsusilə hamilə qadınlarda dəmirə olan gündəlk tələbat artdığından hamiləlik zamanı dəmir pereparatları qəbul edilməlidir. Həmçinin dəmir tərkibli qidalara üstünlük verilməlidir. Qaraciyər, qırmızı ət, toyuq və balıq əti,yumurta, üzüm və bəkməz, quru paxlalılar, fındıq, fıstıq, quru ərik, kişmiş, quru tut kimi günəşdə qurudulmuş meyvə quruları ,həmçinin alma, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq dəmirlə zəngindir. Lakin ispanaq qatıqla yeyildikdə dəmir ehtiyatı azalır. Bu səbəblə də, qatıqsız qəbul edilməsi məqsədəuyğundur.
 
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla