AZ

"Liverpul"a çempionluq yolunda ağır zərbə

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib. Çempionluq mübarizəsi aparan "Liverpul" xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində "Everton"la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.Günün digər oyunlarında "Bournmut" "Vulverhempton"u 1:0, "Kristal Pelas" "Nyukasl Yunayted"i 2:0, Mançester Yunayted" isə "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.Mətləb

Seçilən
50
18
Mənbələr
Şərh ()
Bağla