AZ

Avtomobil işıq dirəyinə çırpıldı - XƏSARƏT ALAN VAR

1988-ci il təvəllüdlü Ucar rayon sakini Feyzullayev Rüfət Ədalət oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ucarın Qazıqumlax kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal  Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu
 

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla