AZ

Ucarda 34 yaşlı kişi bıçaqlandı

Ucar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü İsmayılov Elton Bahadur oğlu naməlum şəraitdə bıçaqlanlb.

Yaxınları onu dərhal Ucar rayon mərkəzi xəstəxanasına çatdırıblar. O, həkim nəzarətinə götürülüb və təcili olaraq əməliyyat edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu
 

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla