AZ

Premyer Liqa tarixində antirekord

Bakı. Trend:

İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, “Şeffild Yunayted” bir mövsümdə buraxılanqol sayında tarixin ən zəif göstəricisini rəsmiləşdirib.

Bu, XXIX turun “Mançester Yunayted”lə görüşündə rəsmiləşib.Şeffild təmsilçisi 2:4 hesabı ilə uduzub.

Bununla da autsayderin buraxdığı qolların sayı 92-ya çatıb. Bu,20 komandalı, 38 oyundan ibarət mövsümlər üçün antirekorddur.2007/08 mövsümündə "Derbi Kaunti" 89 top buraxıb.

42 oyunluq mövsümlərin antirekordu “Suonsi”yə məxsusdur.Uelslilər 1993/94 mövsümündə 100 qol buraxıblar.

Qeyd edək ki, “Şeffild Yunayted” 34 oyundan sonra 16 xallasonuncu pillədə qərarlaşıb.

Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla