AZ

"Təcili yardım xəstənin işi bitəndə gəlir" - Şəki sakini hərəkəti asanlaşdırmaqdan ötrü görün nə etdi - VİDEO

"Təcili yardım xəstənin işi bitəndə gəlir" - Şəki sakini hərəkəti asanlaşdırmaqdan ötrü görün nə etdi - VİDEO

Şəkinin rayon mərkəzindən elə də uzaq olmayan Oxud kəndinin yolu sakinlərində, bura gəlmək istəyən qonaqları da çarəsiz qoyub.

Sonxeber.az xəbər verir ki, kənd sakinləri problem ilə əlaqədar "Apa TV"yə müraciət ediblər:

"Yollar bərbad vəziyyətdədir. Çalışıram ki, təmir edim. Düzəlməsini istəyirik və maşınlar artıq rahat hərəkət edə bilsin".

Hər tərəfdən dağlarla əhatə olunan kəndin rayon mərkəzinə çıxışı iki yolla mümkündür. Birinci ilk olaraq el arasında dağ yolu, ikincisi isə çay yoludur. Yerli sakinlər və qonaqlar kəndə gedən dağ yolundan istifadə edirlər. Bu gün isə demək olar ki, dağ yolu yararsız vəziyyətdədir. Get-gedə dağılmaqda olan yolun problemi isə hələ də həll olunmayıb:

"Bura böyük kənddir. Hardasa 1500 qədər ev var. Kənd isə təqribən 6-7 min əhali olar. Kəndin yolu pis vəziyyətdədir. Kəndə gedib-gəlmək olmur və biz bu maşınları düzəldə bilmirik. Şəhər və kənd arasında 6-7 km məsafədir".

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla