AZ

“Tarixdə bu gün”- 25 aprel necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

24 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

25 aprel Dünya DNT Günüdür:

 

Bu tarixin seçilməsi Ceyms Uotson və Frensis Krikin Moris Uilkins və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır. 2003-cü ildən etibarən Dünya DNT Günü münasibətilə keçirilən tədbirlər ABŞ-ın İnsan Genomunun araşdırılması Milli İnstitutu tərəfindən təşkil olunur.

 

25 Aprel Ümumdünya Malyariya Ilə Mübarizə Günüdür:

 

2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub. Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

 

 25 aprel 1996-cı ildə Azərbaycan və Peru arasında diplomatik əlaqələr qurulub:

 

Azərbaycan Respublikası və Peru Respublikası arasında ikitərəfli münasibətlər 25 iyun 1996-cı ildə Peru Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Perunun Lima şəhərindəki diplomatik nümayəndəliyi 1 iyun 2015-ci il tarixində fəaliyyətə başlamışdır.1 iyun 2017-ci ildə Peru Respublikasının Azərbaycanda Səfirliyi açılıb.

 

25 aprel 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qərarla Əli Bayramlı şəhərinin adı Şirvan, Xanlar şəhərinin adı isə Göygöl olub.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla