AZ

ATU əməkdaşı Atatürk Universitetində fəaliyyət göstərib  

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin ORHUN mübadilə proqramı çərçivəsində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində fəaliyyət göstərib. 

 

Aztibb.az-a ATU-dan bildirilib ki, A.Abdullayev universitetin İnsan anatomiyası kafedrasının müdiri, professor Samet Kapakinlə birgə ingilis bölməsi üçün təşkil olunmuş mühazirələrdə iştirak edib.

 

Dosent Cengiz Öztürklə təcrübi dərsdə isə aşağı ətraf əzələlərinin xüsusiyyətləri tələbələrə izah olunub. 

 

Bundan əlavə, professor S.Kapakinlə elmi müzakirələr aparılıb, anatomiyanın müasir təbabətdə önəmli rolu qeyd edilib. Atatürk Universitetinin İnsan anatomiyası kafedrasında yeni elmi metodlarla tanış olan A.Abdullayev ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının elmi nailiyyətləri barədə məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan xarici əlaqələr departamentinin rəhbəri, professor Taşkın Öztaş isə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Qeyd edək ki, ən modern şəkildə təchiz olunmuş Atatürk Universitetinin yerləşdiyi ərazi Türkiyənin böyüklüyünə görə ikinci və ilk planlı qurulan kampusudur. Universitetin klinikası təkcə Ərzurumundeyil, eləcə də bütün Şərqi Anadolunun və Şərqi Qara dəniz regionunun önəmli tibbi mərkəzidir. Tələbələr bu klinikada öz təcrübi biliklərini təkmilləşdirir, tibbin incəliklərinə yiyələnirlər. 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla