AZ

Onurğada iltihabları tam aradan qaldıran yeni dərman istehsal olunacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Rusiya Səhiyyə Nazirliyi ankilozan spondilitin müalicəsi üçün dünyada ilk və birinci dərəcəli hədəflənmiş dərmanı qeydə alıb”.

KONKRET.az xəbər verir ki, klinik sınaqların nəticələrinə görə, dərman yüksək səviyyədə effektivlik göstərib.

Ankilozan spondilit oynaqlarda, xüsusən də onurğada iltihabla xarakterizə olunan, ağrı və sərtliyə səbəb olan xroniki xəstəlikdir. “Seniprutug” beynəlxalq qeyri-mülkiyyət adını almış yeni dərman orqanizmin öz hüceyrələrinə hücum edən patoloji T-limfositləri məhv etməyə yönəlib.

N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin rektoru Sergey Lukyanov innovativ preparatın immunosupressiya və ya asılılıq yaratmadan xəstəliyin tam müalicə etdiyinə əmin olduğunu bildirib.

Dərman Rusiya Səhiyyə Nazirliyinin N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin akademikləri M.M.Şemyakin və Yu.Ovçinnikov adına Bioorqanik Kimya İnstitutunun alimləri tərəfindən Rusiyanın BIOCAD əczaçılıq şirkəti ilə birgə hazırlanıb. Mətbuat xidməti qeyd edib ki, dərman preparatı qeydiyyata alındıqdan sonra istehsalçı şirkət onun sənaye miqyasında istehsalına başlaya bilər.

Xatırladaq ki, Spinrazanın analoqu Rusiyada qeydə alınıb (beynəlxalq qeyri-mülkiyyət adı – nusinersen). Bu, dünyanın ən bahalı dərmanlarından biridir və onurğa əzələlərinin atrofiyasını müalicə etmək üçün istifadə olunur. Analoqu “Generium” biotexnoloji şirkəti istehsal edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
141
24
Mənbələr
Şərh ()
Bağla