AZ

Fermerlər böyük problemlə qarşı-qarşıyadır: Şitillər həşaratlar tərəfindən məhv edilir - VİDEO

Fermerlər böyük problemlə qarşı-qarşıyadır: Şitillər həşaratlar tərəfindən məhv edilir - VİDEO

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlarin isə baha satılması ilə bağlıdır.

Sonxeber.az xəbər verir ki, məsələnin səbəbi və çıxış yolu ilə bağlı mütəxəssislər "ARB Xəbər"ə danışıb.

"Torpaqda qurdlar var. Onlar ştilləri yararsız hala salırlar. Hal-hazırda əkin sahəsində 7-8 hektarlıq ziyan var. Məhsulu əkirik və 10-15 gündən sonra gəlib görürük ki, yoxdur. Qurdlar hamısını məhv edib. Həşəratlar artıq əkin sahələrini yox edib. Bütün ərazilərdə və yonca sahələrdə bu həşəratların sayı ağlagəlməz dərəcədə artıb".

Problem təkcə həşəratlar ilə bağlı deyil. Xaricdən gətirilən və baha qiymətə satılan toxumlar vəziyyəti bir qədər qəlizləşdirib. Deyirlər ki, bu toxumların məhsuldarlığı az olur və onları əkib becərmək daha çox vəsait tələb edir. Yerli toxum isə demək olar ki, yoxdur.

Ətraflı "ARB Xəbər"in süjetində:

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla