AZ

Rusiyalı general: “Ukrayna Amerika raketləri ilə Krım körpüsünü vuracaq”

“ABŞ-nin maliyyələşdirməsi nəticəsində Ukrayna əldə etdiyi raketlərlə Krım körpüsünü vura bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Aptı Alaudinov bildirib.

General-mayor hesab edir ki, Amerikanın ayırdığı yardım döyüş meydanında möcüzə üçün kifayət deyil.

“Bu pulun üçdə ikisi mütləq Amerikada qalacaq. Pulun bir hissəsi, o cümlədən ATACMS və digər sursatlar Ukraynaya göndəriləcək. Əslində bunu terror aktlarının maliyyələşdirilməsi adlandırmaq olar”, – komandir bildirib.

Aptı Alaudinov Ukraynanın Amerika raketləri ilə Krım körpüsünə hücum edəcəyini ehtima edib. O əlavə edib ki, Rusiya hərbçiləri Ukraynadan terror hücumlarının qarşısını almaq üçün əlindən gələni edəcək.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
konkret.az

1Mənbələr

Şərh ()
Bağla