AZ

Məhkəmə “MAN”la 2 nəfəri öldürən “Azpetrol"un sürücüsü ilə bağlı qərar çıxardı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ali Məhkəmədə ağır yol qəzası qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Şəfiyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Hadisə 2022-ci ilin martin 21-də Qaradağ rayonunda baş verib.
 

Belə ki, Səbuhi Şəfiyevin idarə etdiyi “Azpetrol LTD” MMC-yə məxsus “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.
 

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 

Səbuhi Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 25 Aprel 2024, 08:19   
Seçilən
96
Mənbələr
Şərh ()
Bağla